BAXCP xilaskar türk əsgərlərini anacaq Hadisə

BAXCP xilaskar türk əsgərlərini anacaq

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) aprelin 24-də, saat 11:00-da Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad olunması zamanı həlak olan türk əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək.
Xatırladaq ki, 2007-ci ildən etibarən BAXCP hər il aprelin 24-nü Xilaskar Türk Əsgərlərinin Anım Günü kimi qeyd edir.