
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Şəkidə 5 gün əvvəl evdə baş verən partlayışda ağır xəsarət alan qadın xəstəxanada ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, partlayış zamanı müxtəlif dərəcəli ağır termiki yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Şəlalə Nəsib qızı Yusifova bu gün müalicə aldığı Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzində dünyasını dəyişib.
Qeyd edək ki, iyunun 17-də Şəki rayonu Aşağı Göynük kəndində fərdi yaşayış evlərinin birində qaz sızmasından güclü partlayış olub partlayış olub. Bu zaman Ş. Yusifova və onun iki azyaşlı ovladı - 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müxtəlif dərəcəli termiki yanıq xəsarətləri almışdılar. Onlar həmin gün Bakıdakı Yanıq Mərkəzinə aparılarkən azyaşlılar yolda dünyasını dəyişmişdi.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.