Pakistan HHQ-nin komandanı Azərbaycana gəlir Hadisə

Pakistan HHQ-nin komandanı Azərbaycana gəlir

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı aviasiya marşalı Tahir Rafiq Battın bu gün Azərbaycana rəsmi səfəri planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri, Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir. Səfər aprelin 19-dək davam edəcək.