FHN Akademiyasında Dövlət Bayrağı Günü Hadisə

FHN Akademiyasında Dövlət Bayrağı Günü

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə "Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir" mövzusunda tədbir keçirilib.

FHN-in mətbuat xidmətindən bildirilib ki, tədbirdə Akademiyanın rəisi general-mayor Pənah Süleymanov çıxış edib. Akademiya rəisi deyib ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsünü ilk dəfə Heydər Əliyevin Naxçıvanda irəli sürüb. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilməsi müstəqillik tarixinin ən şanlı səhifələrindən biridir.
Tədbirdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli noyabr ayında qeyd olunan iki əlamətdar bayram – Dövlət Bayrağı Günü və Konstitusiya Gününün əhəmiyyətindən danışıb, Heydər Əliyevin mütərəqqi siyasi kursunun mahir davamçısı kimi prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.