“Ukraynanın yeni taktikası Rusiyanı zəiflədir”
19 May 19:56
12 Dekabr 2024 21:11
3 374
Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.
Xalqcebhesi.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Ə.Nərimanov küçəsində qeydə alınıb.
Beləki, VAZ və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində 27 yaşlı Yardımlı rayon sakini Heydər Ataşlı, Quba rayon sakinləri - 35 yaşlı Samir Qədirov, 26 yaşlı Emin İsayev, 23 yaşlı Rəsul Rəhimov və 24 yaşlı Aslan Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
19 May 20:33
1 120
19 May 18:46
1 197
19 May 18:45
1 218