Millət vəkilləri “Neftçi”nin veteranları ilə qarşılaşacaqlar Hadisə

Millət vəkilləri “Neftçi”nin veteranları ilə qarşılaşacaqlar

Bu gün Azərbaycan Milli Məclisinin deputatları və "Neftçi" futbol komandasının veteranları arasında yoldaşlıq görüşü keçirəcək.
Deputat Qüdrət Həsənquliyevin APA-ya verdiyi məlumata görə, "Neftçi"nin bazasında baş tutacaq futbol yarışması Heydər Əliyevin 91 illiyinə həsr olunub.
Milli Məclisi təmsil edəcək komandaya deputatlardan Q.Həsənquliyev, Aslan Cəfərov, Zahid Oruc, Fazil Mustafa, Siyavuş Novruzov, Rauf Əliyev və digərləri daxildir. Komandanın kapitanı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat S.Novruzovdur.