İsrailin Livanın Kfar-Rumman şəhərinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 11-ə çatıb Dünya

İsrailin Livanın Kfar-Rumman şəhərinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 11-ə çatıb

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Kfar-Rumman şəhərinə hücumu zamanı ən azı 11 nəfər həlak olub, daha 13 nəfər isə yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS agentliyinə respublikanın Səhiyyə Nazirliyi yanında Fövqəladə Hallara Cavab Mərkəzindən məlumat verilib. Daha əvvəl 10 nəfərin öldüyü və yeddi nəfərin yaralandığı bildirilirdi.

"İsrail təyyarələri Fərhat ailəsinə məxsus üçmərtəbəli yaşayış binasına havadan zərbə endirib, nəticədə 9 nəfər, o cümlədən iki qadın və iki uşaq həlak olub", — deyə agentliyin həmsöhbəti qeyd edib.

Bundan əlavə, İsrailə məxsus pilotsuz uçuş aparatı Kfar-Rummanda bombardman bölgəsinə tərəf hərəkət edən təcili tibbi yardım maşınına hücum edib, nəticədə iki təcili yardım işçisi həlak olub, biri isə yaralanıb. Mərkəzin əməkdaşının sözlərinə görə, bu hücum tibb heyətinin və müəssisələrinin mühafizəsini nəzərdə tutan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Məryəm Quliyeva