Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Moskva və Ümumrusiya Patriarxı Kirillə mühüm məsələləri müzakirə etdi – EKSKLÜZİV! Hadisə

Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Moskva və Ümumrusiya Patriarxı Kirillə mühüm məsələləri müzakirə etdi – EKSKLÜZİV!

Noyabrın 23-dı Rusiyada səfərdə olan Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva və Ümumrusiya Patriarxı Kirillə görüşdü. Əvvəlcə Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəhman Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Ümumrusiya Partiarxına ad günü münasibətilə ünvanladıqları təbrik məktubunu təqdim etdi. Patriarx Kiril də öz növbəsində Azərbaycan nümayəndə heyətindən Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya salamlarını çatdırmasını xahiş etdi. Moskva və Ümumrusiya Patriarx Kirill Şeyxülislam Allahşükür Paşazadə ilə uzun illərdən bəri mövcud olan xoş münasibətlərin, qarşılıqlı şəxsi əlaqələrin Azərbaycan-Rusiya münasibətlərindəki əhəmiyyətini qeyd etdi. Bütün Qafqazın Şeyxi işğal dövründə dağıdılış məscidlər hazırda Qarabağda bərpa olunur, bütün dinlərdən olan insanların birgə yaşaşı üçün imkanlar yaradılır. ‘’Azərbaycanda erməni kilsəsi qorunub saxlanılır’’ sitatın sonu. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması və prosesin iki ölkə arasında inkişaf etdirilməsinə baxmayaraq erməni kilsəsinin hələ də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı revanşit nifrət çağırışlardan hələ də əl çəkmədilərini diqqətə çatdırdı. Bundan başqa bu ilin oktyabr ayında Bakıda keçirilmiş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verən Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın Azərbaycanın daim tolerantlıq ənənələrinə daim hörmət və xüsusi qayğı ilə yanaşdıqlarını bir daha vurğuladı. Qafqaz Müsəlmanları İdarəsinin sədri həmçinin 2027-ci ilin iyun ayında Bakı keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində Bpyük dinlərarası Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhərin Böyük İmamı Şeyx Əhməd Ət-Tayyiblə birlikdə dinlərarası konfransın da baş tutacağını bildirdi. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasında əlaqələndirmə şurasının yaradıldığını və bu prosesdə Rus-Pravoslar Kilsəsinin fəal rol oynadığını da diqqətə çatdırdı. Bundan başqa qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi. Şüyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin şərəfəinə Patriarx Kirilin adından ziyafət verildi. Qeyd edək ki, Moskva və Ümumrusiyanın Patriarxı Kirill 20 noyabr 1946-cı ildə anadan olub. 2009-cu ildən bu vəzifədə çalışır.