
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iyunun 25-də saat 10:00-da nazirliyin Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.
Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Şəki rayonuna aparılıb gətirilmələri təmin olunacaq.