Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
24 İyun 2019 15:55
1 358
Layihə 8 ildir ki, parlamentə göndərilib, amma hələ də xəbər yoxdur
Azərbaycanda uşaqların cismani cəzadan müdafiəsi ilə bağlı hazırlanan sənəd on ilə yaxındır ki, Milli Məclisdə qəbul olunmur. Bu barədə Sputnik Azərbaycan-a özəl açıqlamasında İnsan hüquqları üzrə Müvəkkil Aparatının rəhbəri Aydın Səfixanlı məlumat verib.
Aydın Səfixanlı bildirib ki, UNİSEF-lə birgə hazırlanan qanun layihəsi səkkiz ildən çoxdur ki, Milli Məclisə təqdim olunub. Onun sözlərinə görə, uşaqların cismani cəzadan müdafiəsini nəzərdə tutan sənəddə Avropa təcrübəsindən istifadə olunub: "Qanun sırf uşaqların zorakılıqdan müdafiəsi məqsədi ilə hazırlanıb. Burada uşaqların istənilən məkanda və şəraitdə cismani cəzadan müdafiəsi ilə bağlı normalar öz əksini tapıb. Sənəddə hüququ təsir tədbirləri, preventiv tədbirlər və zorakılığa məruz qalmış uşaqların reabilitasiya tədbirləri yer alıb. Bunların hamısı beynəlxalq təcrübəyə əsasən hazırlanıb. 10 ilə yaxıdır ki, bu sənəd parlamentə göndərilib".
Aydın Səfixanlı bildirib ki, sənəddə uşaqların bütün məkanlarda müdafiəsi tədbirləri öz əksini tapıb. Hansı ki, bu məsələ BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycana verdiyi tövsiyədə də qeyd olunub. Sənəd UNİSEF-in ekspertləri ilə birgə işlənərək hazırlanıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsindən isə hazırda onlarda belə bir sənədin olmadığını bildirdilər: "Komitə 2015-ci ildə yaranıb. Sənəd yəqin ki, Milli Məclisə Ailə, qadın və uşaq məsələləri komitəsi yaranmazdan öncə daxil olub. Hazırda uşaqların cismani cəzadan müdafiəsi ilə bağlı ayrıca qanun qəbul olunmasa da, ayrı-ayrı qanunlarda uşaqların cismani cəzadan müdafiəsi ilə bağlı bəndlər var. Həmin qanunlarla uşaqların bu hüquqları qorunur".
Xatırladaq ki, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova uşaqlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı sənəd hazırlandığını, Milli Məclisə təqdim olunduğunu söyləyib.
15 Noyabr 16:55
1 722
14 Noyabr 19:54
2 156
14 Noyabr 19:10
2 289