Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
26 Avqust 2019 17:22
1 750
Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Mazımçay" gömrük postunda keçirilən növbəti təlimə gömrük postunun bütün əməkdaşları cəlb olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, təlimlərin məqsədi gömrük-sərhəd buraxılış məntəqələrində xidmət səviyyəsinin ən qabaqcıl beynəlxalq təcrübələrə, innovativ üsullara əsaslanan formada optimallaşdırılması, o cümlədən funksional idarəetmənin mütərəqqi metodlarının tətbiqi, ölkə vətəndaşlarına və əcnəbilərə yüksək gömrük xidmətinin göstərilməsidir.
Xatırladaq ki, avqustun 19-dan başlanan təlimlərdə gömrükçülərə peşəkar psixoloq və mütəxəssislər tərəfindən vətəndaşlarla işləmə və qarşılıqlı ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, gömrük orqanlarının fəaliyyətinin tərbiyəvi əhəmiyyətinin təşviqi, işgüzar mühitdə kommunikativ səriştəliliyin artırılması, eləcə də ünsiyyət prosesində müşahidə oluna bilən nöqsanlı halların neqativ təsirlərinin minimallaşdırılması istiqamətləri üzrə zəruri biliklər verilir və praktiki məşğələlər keçirilir.
Təlimlərə ilkin olaraq ölkənin 5 əsas quru gömrük-sərhəd buraxılış məntəqəsində və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında xidmət keçən 500-ə qədər gömrük əməkdaşının cəlb olunması nəzərdə tutulub.
İkiaylıq müddəti əhatə edəcək təlimlərdə "Müasir vətəndaş kimdir və nə istəyir", "Yerli və xarici vətəndaşların ortaq və fərqli cəhətləri", "Keyfiyyətli xidmət və vətəndaş məmnunluğu", "Vətəndaşla münasibətlərin idarə olunması", "Əhali ilə işləmə və ünsiyyət qurma bacarıqları" və xidmət səviyyəsinin yüksəldilməsi üçün vacib olan digər mövzular tədris olunacaq.
Qeyd edək ki, "Mazımçay" gömrük postunda keçirilən təlimlər 1 həftə davam edəcək. Təlimlərin növbəti mərhələsi Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda keçiriləcək.
15 Noyabr 16:55
1 750
14 Noyabr 19:54
2 177
14 Noyabr 19:10
2 303