Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
16 Sentyabr 2019 14:46
1 435
Cari ilin ilk aylarından sosial müavinətlərin elektron təyinatı infrastukturunun qurulması işlərinə başlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilin sonuna kimi 10-a qədər müavinət və təqaüd növü üzrə təyinat mexanizmini elektronlaşdıracaq. Nazirlikdən “Xalq Cəbhəsi”nə bildirilib ki, onların sırasına uşağın anadan olmasına görə birdəfəlik müavinət, 18 yaşadək sağlamlıq imkanları məhdud uşağa görə aylıq müavinət və həmin uşaqlara qulluq edənə aylıq təqaüd, eləcə də birinci, ikinci və üçüncü dərəcə əlilliklərə (o cümlədən müharibə səbəbi ilə əlaqədar həmin dərəcələr üzrə əlilliklərə) görə aylıq müavinət və birinci dərəcə əlilliyi olan şəxsə qulluq edənə aylıq təqaüd aiddir.
Bundan əvvəl isə nazirlik ölkədə ilk proaktiv xidmət kimi, 2019-cu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçib. Nəticədə pensiya hüququ yaranmış şəxsə özü müraciət etmədən və sənəd təqdim olunmadan, məmur-vətəndaş təması olmadan pensiya təyin edilir və elektron qaydada ona bu barədə məlumat verilir. Beləliklə, pensiya təyinatı kimi, sosial müavinətlərin də təyinatının məmur-vətəndaş təması olmadan, heç bir sənəd və müraciət olunması tələb edilmədən, elektron qaydada həyata keçirilməsi təmin olunacaq.
15 Noyabr 16:55
1 792
14 Noyabr 19:54
2 205
14 Noyabr 19:10
2 345