300 məktəbə yeni direktor təyin edildi - Nazir Hadisə

300 məktəbə yeni direktor təyin edildi - Nazir

Cəmiyyətdə müəllim peşəsinin nüfuzunun genişlənməsi nazirliyimizi sevindirən ən böyük uğurdur. Bu sahədə kompleks tədbirlər davam edir.
Bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.
“Artım nəticəsində orta aylıq əmək haqqı 600 manat olub. Dərs yükündən asılı olaraq daha yüksək əmək haqqı alan müəllimlərin sayı kifayət qədərdir. Yay aylarında keçirilən işə qəbul kampaniyasında elektron qaydada 55 min müəllim iş üçün müraciət edib. Bölgələrdə vakansiyaların 100 faizə yaxını təmin olunub. 5 abituriyentrdən 4-ü ixtisas seçimində müəllim peşəsini seçib”, - nazir bildirib.
C.Bayramov ölkə üzrə 300-ə yaxın məktəb direktoru təyin edildiyini, intizam qaydalarına riayət etməyən 6 direktorun işdən azad edildiyini deyib.
“7 halda ciddi pozuntular olduğuna görə onlar hüquq-mühafizə orqanlarına təhvil verilib. 80 məktəb direktorunun müqavilə müddətinin uzadılmaması ilə bağlı qərar qəbul olunub”.