Faiq Ələkbərli Şimali Kipr Türk Respublikasında 5. Manas Forumunda iştirak edib
Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiyaya qoşulub
Balıqçılıq və Akvakultura Mərkəzinə dövlət büdcəsindən vəsait ayrılıb
“Invest in Azerbaijan” informasiya sistemi yaradılıb - FƏRMAN
Zərgərlik məmulatlarına dövlət əyar damğasını vuracaq orqan müəyyənləşib
14 Noyabr 2019 11:50
1 771
Noyabrın 15-16-da Qazaxıstanın Almatı şəhərində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi” adlı ilk Regional Sammit keçiriləcək. Sammitdə Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edəcək.
Energetika Nazirliyindən verilən məlumata görə, nazirin sammitin açılışında çıxışı, eləcə də “Strateji siyasətə dair dialoq: DİM-lərə çatmaq üçün düzgün yol seçmişikmi?” adlanan sessiyada panel müzakirələrdə iştirakı nəzərdə tutulub.
Asiya İnkişaf Bankı (AİB) və BMT-nin İnkişaf Proqramının Qazaxıstan nümayəndəliklərinin dəstəyi ilə Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan sammitin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün resursların səfərbər edilməsi prosesində bütün maraqlı tərəflər arasında dialoqun yaradılmasıdır.
Tədbirdə hökumət, donor təşkilatları, biznes dairələri və vətəndaş cəmiyyətinin təmsilçilərindən ibarət 300 nümayəndənin iştirakı gözlənilir.