Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
18 Dekabr 2019 13:33
1 386
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbirlər keçirilib. BŞTİ-dən bildirilib ki, təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə praktiki məşğələlər, mühazirə və disput, dəyirmi masa, “açıq dərs” və seminarlar təşkil edilib. Eləcə də təhsil müəssisələrində yol nişanlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm müsabiqələri, yarışlar keçirilib, şagirdlərin rəsm və əl işlərindən ibarət sərgilər təşkil olunub.
“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq keçirilən tədbirlərin əsas məqsədi məktəblilərə yol hərəkəti qaydalarını öyrətmək, onların müvafiq bilik və bacarıqlarını nümayiş etdirmək, yol qəzalarında uşaqların xəsarət almasının qarşısını almaqdan ibarətdir.
Tədbirlərdə məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilib. Qeyd olunub ki, təhsil müəssisələrində şagirdlərə yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin aşılanması, bu barədə onların məlumatlılıq səviyyəsinin artırılması məktəblilərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin şagirdlərə yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətinin vacibliyi vurğulanıb. Tədbirlərdə, həmçinin şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar ifa ediblər.
15 Noyabr 16:55
1 757
14 Noyabr 19:54
2 184
14 Noyabr 19:10
2 317