Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
19 Mart 2020 20:52
3 668
Elçin Mirzəbəyli:“Dövlət vətəndaşın və onun sağlamlığının, təhlükəsizliyinin keşiyində dayananların yanındadır”
“Bu gün bəşəriyyəti çətin sınaq qarşısında qoyan “koronavirus” adlı bəla ilə mübarizənin ön cərgəsində dayanan, adətən bütün digər peşə sahiblərindən daha çox, haqlı-haqsız, səbəbli-səbəbsiz tənqidə məruz qoyduğumuz tibb işçiləridir”.
Bu barədə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Feysbuk səhifəsində yazıb.
Baş redaktor bildirib ki, onlar bü gün hər kəsdən daha çox fədakarlıq nümayiş etdirir, həyatlarını təhlükəyə atır, xalqımızın, bütövlükdə isə insanlığın bu təhlükəli virusla mübarizədən qalib çıxması üçün əllərindən gələni əsirgəmirlər:
“Koronovirusla mübarizə müharibədən daha çətin və daha təhlükəlidir. Çünki düşmən gözə görünmür. Bu gözəgörünməz düşmənlə “savaş”ın sərhədləri isə mücadilənin ön cərgəsində dayananların düşüncəsindən, vicdanından, vətəndaş mövqeyindən keçir. Bu çətin günlərdə həyatımızın, sağlamlığımızın keşiyində dayanan fədakar insanlara minnətdarlıq borcumuz var. Bu baxımdan, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməyinin hər kəsdən öncə Azərbaycan Prezidenti tərəfindən yüksək dəyərləndirilməsi də təsadüfi deyil”.
Baş redaktor vurğulayıb ki, Prezident İlham Əliyevin infeksiya ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamı yeni sosial qayğı nümunəsidir:
“Bununla yanaşı, həm də vətəndaşa münasibətdə obyektiv, ədalətli dəyərləndirmənin göstəricisidir. Dövlət vətəndaşın və onun sağlamlığının, təhlükəsizliyinin keşiyində dayananların yanındadır. Kimsənin əməyi, fədakarlığı, peşəkar və prinsipial davranışı diqqətdən kənarda qalmır və qalmayacaq da. Bu mühüm bir ismarışdır və təkcə tibb işçilərinə deyil, bütövlükdə hər bir Azərbaycan vətəndaşına ünvanlanıb!”.
15 Noyabr 16:55
1 631
14 Noyabr 19:54
2 065
14 Noyabr 19:10
2 212