Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
10 Aprel 2020 15:48
2 107
Ölkədə koronavirusla (COVID-19) bağlı əlaqədar dərslərin müvəqqəti dayandırılması səbəbindən Bakı Dövlət Universitetində (BDU) təhsil onlayn (məsafədən) formada həyata keçirilir. BDU-dan bildirilib ki, tədrisin məsafədən təşkilinin məqsədi yaranmış fasilə zamanı tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, təhsil proqramının mənimsənilməsinə şəraitin yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkil olunmasıdır.
Tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il martın 18-də Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkili ilə bağlı “Microsoft Teams” platformasından istifadəni tövsiyə edib. BDU-da həmin gündən başlayaraq onlayn tədris prosesinin təşkili, müəllim və tələbə heyətinin “Microsoft Teams” platformasına inteqrasiyası təmin edilib. Universitetin bu platformaya daxil edilən 20 mindən çox istifadəçi hesabı, 1500-dən artıq qrup və qrup birləşməsi yaradılıb. Dərslər martın 31-dək “Zoom” platforması və videodərslər vasitəsi ilə tənzimlənib. Mart 29-31-də “Microsoft Teams” platformasında sınaq dərslər keçiriləndən sonra, aprelin 1-dən başlayaraq tədris aktiv dərslərlə davam etdirilir.
Vurğulanıb ki, hazırda BDU-da dərs prosesi sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə imkan verən “Microsoft Teams” platforması vasitəsilə uğurla həyata keçirilməkdədir. BDU-nun 15 mindən çox aktiv istifadəçisinin yararlandığı platformada bu günədək 8 minə yaxın dərs keçirilib. Gündəlik dərslərin sayı orta hesabla min, istifadəçilərin sayı isə 10 mindir. Platforma BDU tələbələrinin 80 faizini əhatə edir.
Tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin bu platformadan düzgün istifadə etməsinə kömək məqsədilə ali məktəbin məsafədən fəaliyyət göstərən 20 əməkdaşından ibarət işçi qrupu formalaşdırılıb. Distant formada dərslərin əksəriyyətinin videoqeydiyyatı aparılır. Bu da internet imkanları məhdud tələbələrə həmin mühazirələri yenidən izləmək imkanı yaradır.
15 Noyabr 16:55
1 687
14 Noyabr 19:54
2 135
14 Noyabr 19:10
2 275