Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
17 Aprel 2020 16:30
1 799
Şahdağ Milli Parkının əməkdaşları tərəfindən milli parkın Oğuz bölməsinin ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib. Onun sözlərinə görə, icazəsiz ov edən şəxslər saxlanılıb
Araşdırma zamanı ov edənlərin Oğuz rayon sakinləri Dilqəm Səfərov, Novruz Vəliyev və Bəbirxan Şahmuradov olduğu müəyyən edilib. Onlardan ov tüfəngi və ovlanmış Dağıstan turu götürülüb. Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib edilib və onlar ümumilikdə 2800 manat məbləğində cərimə olunub.
H.Əlizadə qeyd edib ki, Dağıstan turu dünyada sayı azalmaqda olan növlərdən biridur. Bəzi ölkələrdə onun hətta kökü kəsilib.
Xidmət rəisi əlavə edib ki, bu heyvandan yalnız Cənubi Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda az sayda qalıb: "Ona görə də bizim onları xüsusi mühafizə etmək əvəzinə ovlamağımız bağışlanmazdır. Nəzərə alaq ki, hazırda ov fəaliyyətinə qadağa qoyulan dövrdür. Ov fəaliyyətinə hələ iki aydan sonra icazə veriləcək. Qadağa ona görə tərtib edilir ki, bu dövrdə heyvanlar balalayır. Bu dövr həm də balanın süddən ayrılmadığı bir dövrdür. Ona görə də bizim inanclarla desək, indiki dövrdə onları öldürmək həm böyük günahdır, həm də ciddi qanun pozuntusudur”.
H.Əlizadə qeyd edib ki, qanunsuz ov edən şəxslər eyni zamanda koronavirusla bağlı tətbiq edilən karantin qaydalarını da pozublar: “Onlar bizim cəriməmizdən əlavə, polis orqanları tərəfindən də cərimə olunacaqlar. Bununla əlaqədar polis orqanlarına müraciə ediləcək. Eyni zamanda həmin adamları uçota alacayıq ki, gələcəkdə qanunsuz ov faktı baş verdikdə biz buna görə ilk növbədə həmin şəxsləri yoxlayaq. Belə şəxslər yaşadıqları rayonun və kəndin sakinləri tərəfindən də ictimai qınağa məruz qalmalıdır. Çünki bunlar qanun pozuntusuna yol verməklə yanaşı, çox pis günaha da yol verirlər".
15 Noyabr 16:55
1 155
14 Noyabr 19:54
1 638
14 Noyabr 19:10
1 778