Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
31 May 2020 21:09
2 800
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri GUAM-ın Nəqliyyat üzrə işçi qrupunun iclasında iştirak ediblər.
Nazirlikdən verilən xəbərə görə, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Nəqliyyat üzrə işçi qrupunun növbəti – 17-ci iclası “COVID-19” pandemiyası ilə əlaqədar onlayn formatda keçirilib.
Üzv ölkələrin aidiyyəti qurumlarının rəsmilərinin qatıldığı videotədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Xarici İşlər, İqtisadiyyat nazirlikləri və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri təmsil ediblər.
Onlayn tədbirdə regional logistik platformanın yaradılması konsepsiyası, GUAM Nəqliyyat Dəhlizinin inkişafı üzrə texniki-iqtisadi əsaslandırma, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD) ilə əməkdaşlıq mövzuları müzakirə predmeti olub.
İclas iştirakçılarına ölkəmizdə “COVID-19” pandemiyasının sosial-iqtisadi nəticələrinin aradan qaldırılması istiqamətində nəqliyyat sektorunda həyata keçirilən tədbirlər və görülən işlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın təsis etdiyi beynəlxalq regional təşkilat olan GUAM-a bu il ölkəmiz sədrlik edir. Azərbaycanın sədrliyinin prioritetləri kimi təşkilat çərçivəsində nəqliyyat və ticarət sahələrində əməkdaşlıq məsələləri, vacib əməkdaşlıq istiqamətləri olaraq kiçik və orta sahibkarlıq, energetika, turizm və bir neçə digər sahələr qəbul edilib. Koronavirus pandemiyası səbəbindən Azərbaycanın təşkilatda sədrliyi çərçivəsində cari ilin mart-aprel aylarında planlaşdırılan bir sıra tədbirlərin həyata keçirilməsi mümkün olmayıb.
15 Noyabr 16:55
1 659
14 Noyabr 19:54
2 100
14 Noyabr 19:10
2 247