“Min il bundan əvvəl başlamış səlib yürüşü...” Hadisə

“Min il bundan əvvəl başlamış səlib yürüşü...”

Sabir Rüstəmxanlı: "Azərbaycan və Türkiyə də bu planlardan kənarda deyil"

Sabir Rüstəmxanlı parlamentin dünənki iclasında Azərbaycana qarşı qərəzli siyasətə etiraz edən deputatların çıxışlarını dəstəkləyib.
O deyib ki, bu gün bir sıra ölkələrdə gedən proseslər min il bundan əvvəl başlamış səlib yürüşünü islam ölkələrinin öz içərisində salmağa çalışır: "Azərbaycan və Türkiyə də bu planlardan kənarda deyil. QHT adına Azərbaycan içərisində körükləmələr həmin planın tərkib hissəsidir. Ancaq biz bu məsələlərə daha səbrlə, təmkinlə yanaşmalıyıq. Biz Qərbin bu cür tələblərini gözləmədən Azərbaycanda məmur-vətəndaş münasibətlərini nizamlamalıyıq. Adamlara vəzifəlilərin hansı münasibət göstərməsi göz önündədir. Aylarla nazir deputatların telefonuna cavab vermirsə, demək, bizdə insan haqları pozulur".
S.Rüstəmxanlı deyib ki, QHT-lər içərisində erməni maliyyəsi ilə qidalanan var, bunu heç kim dana bilmz. Amma bütövlükdə bu sektora hücum etmək olmaz: "Bəzən qəzetlərdə heç dəxli olmayan adamlar gah Obamanı təhqir edir, gah Avropanı. Bu mövqelərdən müəyyən nəticələr çıxartmalıyıq. Elə etməməliyik ki, xırda məmurların yanlışlıqları ölkənin böyük maraqlarına xələl gətirsin".