
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri İsveçrənin texnologiya sahəsinin aparıcı liderlərindən biri ABB şirkətinin Bakı ofisində işə qəbul olublar. Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbələri Pərvin Quliyeva və Hüseyn Nəcəfov diplom almadan bu ilin yanvar ayında şirkətin elan etdiyi müsabiqədə iştirak ediblər. Hər iki tələbə ilk və müsahibə mərhələlərini uğurla keçərək şirkətdən iş təklifi alıblar.
Təklifi dəyərləndirən gənclər şirkətdə bir neçə aylıq nəzərdə tutulmuş təlimlərdə iştirak edib, bu müddət ərzində şirkətin iş prinsipləri ilə tanış olublar, əsas qayda və qanunlarını, dəyərlərini mənimsəməyə çalışıblar. Təlimləri uğurla başa vurmuş BANM tələbələrinin fəaliyyəti qiymətləndirilib və şirkətin rəhbərliyi uğurlu fəaliyyətlərinə görə tələbələri işə qəbul edib. Hazırda Pərvin Quliyeva və Hüseyn Nəcəfov şirkətin Bakı ofisində İdarəetmə və təhlükəsizlik sistemləri üzrə layihə mühəndisi vəzifələrində çalışırlar.
İsveçrənin Azərbaycanda fəaliyyət göstərən ABB şirkəti əsasən energetika sahəsində məhsulların istehsalı üzrə ixtisaslaşıb. 1883-cü ildə təsis edilmiş və baş ofisi Sürix şəhərində yerləşən ABB şirkəti əsasən transformator və müxtəlif çeşidli elektrik avadanlıqları istehsal edir və dünyanın 100-dən çox ölkəsində nümayəndəliyi var. Bundan əlavə, şirkət mühəndis həlləri kompaniyası kimi də fəaliyyət göstərir.