Kolumbiya iyun ayı ərzində Ətraf Mühitin Qorunmasını qeyd edir Hadisə

Kolumbiya iyun ayı ərzində Ətraf Mühitin Qorunmasını qeyd edir

Andakí sənədli filmi haqqında müzakirə: Kolumbiya ilə biomüxtəlifliyə doğru səyahət

Kolumbiyanın Azərbaycan Respublikasındakı Səfirliyi sizləri cari ilin 26 iyun tarixində keçiriləcək Andaki adlı sənədli film haqqında müzakirəyə dəvət edir. Bu müzakirə Kolumbiya Hökumətinin bu ilki Ətraf Mühitin qorunmasında ev sahibliyi etməyinin şərəfinə iyun ayı boyunca həyata keçirəcəyi tədbirlərin tərkib hissəsidir.

Bu ilki Ətraf Mühitin qorunması Biomüxtəlifliyə həsr edilmişdir. Buna görə də, Andaki sənədli filminin seçilmiş olması Kolumbiyanın Elm, Texnologiya və İnnovasiyalar
Nazirliyinin təşkil etdiyi Kolumbiya Bio Sənədli Filmlər siyahısına daxildir. Bu sənədli filmdə, bir qrup elm adamlarının və And dağları və Amazon cəngəlliklərində tarixi biomüxtəlifliyi kəşf edərkən həyatlarənı itirən icma üzvlərinə həsr edilmiş hadisələrdən söz açır.

Sözügedən müzakirə bu sahədə mütəxəssis Amazon Elmi Tədqiqat İnstitutunun tədqiqatçısı Nikolas Kastanyo tərəfindən həyata keçiriləcəkdir və tədbir Kolumbiyanın Azərbaycan Rusiya və Türkiyədə akreditə edilmiş Səfirliklərinin iştirakı ilə həyata keçiriləcəkdir.

Tədbir ingilis dilində online şəkildə bir başa yayim ilə 26 iyunda Bakı vaxti ilə saat 17:00-da baş tutacaq və tədbirdə iştirak etmək üçün, aşağıda qeyd edilən linkdən öncədən qeydiyyatdan keçməyiniz vacibdir.

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=e1S0GcQyMkymbQ9pAT9hWpkosndF40ZMjFZu8nd2TZxUNjJEU0dNME5JMUwyQUwxOEowN0NJWkZaVS4u

Qeydiyyat 24 iyunda Bakı vaxtı ilə saat 17:00-da bağlanacaqdır.