9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Avropa İttifaqı Ukraynada qadınların orduya cəlb olunmasını dəstəkləyir
Cənubi Koreya azad edilmiş ərazilərdə kəhrizlərin bərpası ilə bağlı yeni layihəyə başlayacaq
İrandan Azərbaycana 84 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
Pakistan XİN: Məkkə sazişinin genişləndirilməsi hələlik gündəlikdə deyil
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibinə təbrik ünvanlayıb
10 İyul 2020 18:05
1 778
“Xüsusilə də xaricdəki tələbələrlə bağlı valideynlər müraciət edirlər”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, xaricə reyslərdə məqsəd xaricdəki vətəndaşlarımızın Azərbaycana gəlməsidir: “Tibbi ehtiyaclarla bağlı Azərbaycan vətəndaşları xaricə gedə bilərlər. Biznes ehtiyacları ilə bağlı da xaricə gedənlər ola bilər. Amma biz hər zaman vətəndaşlarımıza xaricə getməməyi tövsiyə edirik”.
TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə deyib ki, müalicəyə ehtiyacı olanların, iş fəaliyyəti ilə əlaqədar getməsi vacib olanların bölgələrə gediş-gəlişinə icazə verilir.