Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
23 İyul 2020 14:32
2 632
Bu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) Bakıda 3 saylı DOST mərkəzi açılmaqla, paytaxtın daha üç rayonunun (Nizami, Sabunçu, Suraxanı) sakinlərinə də DOST xidmətlərindən faydalanmaq imkanı yaradılıb.
Nazirlikdən verilən məlumata görə, hazırda 1 saylı, 2 saylı və 3 saylı Bakı DOST mərkəzləri Bakının 7 rayonu üzrə 1,2 milyon nəfər əhalini əhatə edir və sosial müdafiəyə cəlb olunan 230 minə yaxın vətəndaşa DOST xidmətlərindən istifadə imkanı verir.
Bu ilin yanvar-iyun aylarında Bakı DOST mərkəzləri tərəfindən 61 min 57 vətəndaşa xidmətlər göstərilib. Məşğulluq, pensiya, müavinət, sosial xidmət və s. sahələr üzrə 132 xidmətin göstərildiyi mərkəzlərdə vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 96 faiz təşkil edib.
DOST mərkəzləri üzrə 4 min nəfərə isə sosial xidmətçilər və DOST könüllüləri tərəfindən evlərində sosial xidmətlər göstərilib. Onlardan tənha ahıl və əlilliyi olan şəxslərlə yanaşı, 396 nəfəri yaşı 65-dən yuxarı olanlardır.
142-Çağrı mərkəzi tərəfindən isə 2020-ci ilin ilk 6 ayında 422 min müraciət cavablandırılıb. Bu, ümumilikdə 2019-cu il üzrə müvafiq göstəricidən 70,7 faiz çoxdur.
15 Noyabr 16:55
1 750
14 Noyabr 19:54
2 177
14 Noyabr 19:10
2 303