Husilər Səudiyyə Ərəbistanındakı aviabazaya zərbələr endirdiklərini bildiriblər
Stubb: Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirməyəcək
Kallas: Rusiyanın Polşa sərhədindəki zərbəsi Qərbə açıq mesajdır
Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Finlandiya Fransanın təkmilləşdirilmiş nüvə çəkindirmə layihəsinə qoşulacaq
27 Avqust 2020 12:46
1 540
Bu günlərdə “Telegram” sosial şəbəkəsində DOST Agentliyinin “Könüllü DOST” proqramı adından hesab yaradıldığı aşkar edilib.
Vətəndaşların diqqətinə çatdırmaq istərdik ki, Bot ilə idarə olunan qeyd edilən hesab aldadıcı kontentə malikdir. Belə ki, burada “Könüllü DOST” proqramına qoşulmaq arzusunda olan vətəndaşların məlumatları toplanılır, onlara könüllülük proqramına qoşulmaq üçün şəxsiyyət vəsiqəsinin FİN nömrəsini yazmaqla bağlı sorğu ünvanlanır. FİN nömrə daxil edildikdən sonra 4 seçim təqdim olunsa da, bu seçimlərdən heç biri aktiv deyil. Çünki məqsəd yalnız vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN nömrəsini ələ keçirməkdir. Bununla isə həmin Bot vətəndaşların fərdi məlumatlarına çıxış imkanına malik olur.
Bəyan edirik ki, bu hesabın DOST Agentliyinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur, onun kimlər tərəfindən yaradıldığı və idarə edildiyi bizə məlum deyil, habelə vətəndaşlar DOST Agentliyi tərəfindən “Könüllü DOST” proqramına “Telegram” vasitəsi ilə cəlb edilmir.
Nəzərinizə çatdırırıq ki, DOST Agentliyinin rəsmi informasiya kanalları aşağıdakılardır:
İnternet saytı: http://dost.gov.az/
Facebook: https://www.facebook.com/dost.agentliyi
İnstagram: https://www.instagram.com/dost.agentliyi/
Youtube: https://www.youtube.com/с/dostagentliyi
Telegram: https://t.me/dostagentliyi
“Könüllü DOST” proqramına qoşulmaq üçün isə aşağıdakı keçidlərdən istifadə etmək olar:
Rəsmi İnstagram hesabından: https://www.instagram.com/konullu.dost
Rəsmi Facebook səhifəsindən: https://www.facebook.com/konullu.dost
Rəsmi Facebook qrupundan: https://www.facebook.com/groups/konullu.dost
Vətəndaşları bir daha kiber cinayətkarların bu cür əməllərindən qorunmağa, özləri barədə fərdi məlumatları etibarlılığı şübhə doğuran internet resurslarında bölüşməməyə, o cümlədən DOST Agentliyi ilə məlumat mübadiləsini yalnız rəsmi informasiya kanallarımız vasitəsi ilə həyata keçirməyə çağırırıq.