11 Noyabr 23:45
11 Noyabr 23:42
11 Noyabr 23:33
28 Sentyabr 2020 17:40
2 345
Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, o cümlədən mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumatda bildirilib ki, nəticədə yanğınlar baş verir, dinc əhalinin əmlakına ciddi ziyan yetirilir:
"Belə ki, bu gün də Ermənistan qoşunlarının atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarının bir sıra kəndlərində mülki obyektlərdə yanğınlar baş verib. Dərhal hadisə yerlərinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğınlar qısa müddətdə söndürülüb".
11 Noyabr 22:16
623
11 Noyabr 22:02
644
11 Noyabr 21:27
651