Türkiyə MN: Qətərdə helikopter qəzasında 3 nəfər TSK əməkdaşı şəhid olub
Hizbullah İsrailə hücumu edib, ölən var, İranın raket zərbələri davam edir
Putinin xüsusi nümayəndəsi Gürcüstan patriarxı II İlyanın dəfn mərasimində iştirak edib
50 kiloqrama yaxın narkotik vasitə və 500 ədəd metadon həbi aşkar edilib
14 Oktyabr 2020 12:37
1 939
Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, 14.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.
Bu gün saat 12 radələrində Ağdam rayonu, Çəmənli kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1964-cü il təvəllüdlü Soltanov Saleh Eldar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, yaşayış evinə isə ciddi ziyan dəymişdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.