Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
26 Oktyabr 2020 18:44
2 352
Ermənistan yeni humanitar atəşkəsi pozmağa davam edir.
APA-nın yerli bürosunun məlumatına görə, Ermənistan Silahlı Qüvvələri bu gün saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs razılaşmasını pozaraq, növbəti dəfə mülki obyektləri, məktəb və körpələr evini hədəfə alıb.
Ermənilərin atdığı mərmilər Ağdam rayonunun Baharlı köçkün qəsəbəsində körpələr evinə düşüb. Nəticədə körpələr evinin binası dağılaraq, yarasız hala düşüb.
Körpələr evinin müdiri İlhamə Bağırova bildirib ki, burada 35 azyaşlı tərbiyə alır, 15 nəfər tərbiyəçi müəllim və texniki işçi var: “Cəbhə bölgəsində yaşadığımız üçün son günlər fəaliyyətimizi dayandırmışıq. Çünki ermənilərin yaşayış evlərini, təhsil ocaqlarını atəşə tutduğunu bilirik. Bu səbəbdən də bugünkü atəş nəticəsində xəsarət alan olmayıb”.
İ. Bağırova yaşadıqları evə də mərmi düşdüyünü deyib: “Mənim evimə də mərmi düşüb. Özüm də şəhid bacısıyam. Bütün malımız, var-dövlətimiz bu dövlətə, bu orduya qurbandır”.
Qeyd edək ki, bu gün ermənilər Ağdam rayonunun Qaradağlı kənd tam orta məktəbini də artilleriya atəşinə tutub. Məktəbə ciddi ziyan dəyib.
15 Noyabr 16:55
1 631
14 Noyabr 19:54
2 072
14 Noyabr 19:10
2 219






