Dağlıq Qarabağda qondarma rejimin "müdafiə nazirinin müavini" məhv edilib Hadisə

Dağlıq Qarabağda qondarma rejimin "müdafiə nazirinin müavini" məhv edilib

Azərbaycan Ordusu tərəfindən qondarma rejimin "müdafiə nazirinin müavini" Artur Sarkisyan məhv edilib.

Bu barədə erməni KİV-ləri bildirir.

O, bu ilin iyulunda "nazir müavini" təyin olunmuşdu.

Qeyd edək ki, bir müddət əvvəl qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyanın ölüm xəbəri yayılmışdı.