Universitet “müəllimi” rüşvət başında yaxalandı Hadisə

Universitet “müəllimi” rüşvət başında yaxalandı

Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməliyyat keçirilib

Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, özünü Bakı Slavyan Universitetinin müəllimi kimi təqdim edən Şəlalə Hüseynovanın Bakı şəhər sakinindən ona ali təhsil haqqında diplom təşkil edəcəyi adı ilə 8 min manat pul tələb edərək həmin məbləğin 3.700 manatını alıb. Sonradan qalan 4.300 manatını alarkən cinayət başında yaxalanmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış əməliyyat tədbirləri zamanı Ş.Hüseynovanın yaşadığı mənzildən müxtəlif vətəndaşlara aid şəxsiyyət vəsiqələrinin surətləri, pasportlar, diplomlar, attestatlar, müvəffəqiyyət kitabçaları, hərbi biletlərin surətləri və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.
Ş.Hüseynova Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək himayəsində iki azyaşlı övladının olması nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Hazırda Ş.Hüseynova tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.