Ermənilərdən Leyla Yunusa dəstək Hadisə

Ermənilərdən Leyla Yunusa dəstək

Ermənistanın aparıcı jurnalistlərindən biri olan Laura Baqdasaryan həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhətində yaranmış problemlərlə bağlı xəbərlərin yayılmasından narahatlıq keçirdiyini açıqlayıb.
Baqdasaryan Azərbaycandan olan 58 yaşlı həmkarının təqib olunmasını pisləyib.
"Azalıq" radiosunun erməni redaksiyasına müsahibəsində Baqdasaryan bildirib ki, əvvələr məsələ ilə bağlı şərh verməkdən çəkinirdi, çünki İrəvandan verilən dəstəyin Leyla Yunusun vəziyyətini daha ağırlaşdıracağından ehtiyatlanırdı.
Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci (qanunsuz sahibkarlıq), həyat yoldaşı Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) , 213.2.2-ci (vergidən yayınma, 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci maddələri ilə təqsirli bilinirlər. Bu ilin iyulun 30-da Leyla Yunus qeyd olunan maddələrlə təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Arif Yunusun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.