Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
1 Dekabr 2020 15:34
3 220
TƏBİB Laçın rayonunun səhiyyə statistikasını açıqlayıb.
Məlumata əsasən, işğaldan azad olunan Laçında işğaldan öncə 1 Rayon Mərkəzi Xəstəxanası olmaqla, 142 səhiyyə obyekti mövcud olub.
Qeyd olunub ki, hazırda isə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində 18 xəstəxana, 19 ambulator poliklinika, 83 tibb və feldşer-mama məntəqəsi, 1 təcili tibbi yardım stansiyası fəaliyyət göstərir.
"Həmin tibb müəssisələrində 100 nəfər həkim, 423 nəfər orta tibb işçisi çalışır. Hazırda Laçın rayon Mərkəzi Xəstəxanası Ağcabədi rayon Taxtakörpü qəsəbəsində fəaliyyət göstərir.
Tezliklə Laçında həyat əvvəlki axarına qayıdacaq. Və biz burada reallaşdırılacaq bərpa proqramları çərçivəsində yeni səhiyyə müəssisələrinin tikintisinə şahidik edəcəyik!",-deyə məlumatda qeyd olunub.
Əsmər Qabil
15 May 18:39
1 218
15 May 18:37
1 127
15 May 11:27
1 337