Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
1 Dekabr 2020 18:31
2 478
Təhsil Nazirliyi son günlər MBA (biznesin idarəedilməsi üzrə magistr) proqramını bitirən məzunlar tərəfindən doktoranturada təhsillərinin davam etdirilməsinə köməkliyin göstərilməsi ilə bağlı nazirliyə edilən müraciətlərlə bağlı açıqlama verib.
Nazirlikdən verilən məlumata görə, doktorantura səviyyəsinə qəbul prosesi “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları” ilə tənzimlənir. 2019-cu ildə bu qəbul qaydalarında dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən və magistr dissertasiyasını müdafiə edən Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Qəbul qaydalarında edilən dəyişikliyə uyğun olaraq, 2020-ci ildə magistr diplomunda da dəyişiklik edilib və diplomda “doktoranturada təhsilini davam etdirmək” sözündən sonra “magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə” sözləri əlavə edilib. Qanunvericilikdə edilən həmin dəyişikliklər ali təhsilin doktorantura səviyyəsində daha keyfiyyətli, elmi-tədqiqat bacarıqları olan mütəxəssislərin yetişdirilməsi məqsədi daşıdığından MBA proqramını bitirən və yalnız magistr dissertasiyasını müdafiə edən məzunlara doktoranturaya qəbul imtahanlarında iştirak imkanı yaradır.
Təhsil Nazirliyi MBA proqramını bitirən məzunların çoxsaylı müraciətlərini və onların təhsillərini davam etdirmək istəyini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndini nəzərə alaraq bildirir ki, qanunvericilikdə edilən sözügedən dəyişikliyə qədər (2019-cu ilin 13 noyabr tarixi) MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarda iştirak etmələrinə imkan yaradılacaq.
15 Noyabr 16:55
1 694
14 Noyabr 19:54
2 142
14 Noyabr 19:10
2 282