11 Noyabr 23:45
11 Noyabr 23:42
11 Noyabr 23:33
16 Dekabr 2020 16:52
2 576
2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 64 milyard 709,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz az ümumi daxili məhsul istehsal olunub.
İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 2,9 faiz, neft-qaz sektorunda isə 6,5 faiz azalıb.
ÜDM istehsalının 34,0 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 6485,7 manata bərabər olub.
11 Noyabr 22:16
714
11 Noyabr 22:02
742
11 Noyabr 21:27
749