Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
14 Yanvar 2021 11:31
1 862
“Readmissiya ilə əlaqədar 2019-cu ildə 480 sorğu olub, 2020-ci ildə isə bu rəqəmdə 1,3 faiz azalma var”.
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirilən onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il bununla bağlı sorğuların sayı 474 olub: “2019-cu ildə readmissiya olunmuş şəxslərin sayı 457, ötən il 145 olub, ümumilikdə 68 faiz azalma var. Pandemiya ilə əlaqədar ötən il readmissiya ilə gələn şəxslər yalnız yanvar-fevral aylarını əhatə edib, onlar çarter reysi vasitəsilə ölkəyə gətiriliblər.
Xidmət rəisi deyib ki, indiyə qədər Dövlət Miqrasiya Xidmətinə readmissiya ilə bağlı 4647 sorğu olub: "1914 nəfərin sorğusu müsbət cavablandırılıb, ancaq hələ onların geri qaytarılması həyata keçirilməyib, nəzərdə tutulur".
15 May 18:39
1 092
15 May 18:37
1 029
15 May 11:27
1 260