Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
22 Fevral 2021 17:32
2 205
Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar faktı ilə bağlı cinayət işi başlanılıb.
Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Xətai rayon prokurorluğunda 2001-ci il təvəllüdlü Sevil Atakişiyevanın intihar faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan 125-ci maddəsi ilə cinayət işi açılıb.
"2001-ci il təvəllüdlü Atakişiyeva Sevil Samir qızının fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai rayon prokurorluğunda CM 125-ci maddəsi ilə cinayət işi açılıb", - deyə Baş prokurorluğun mətbuat xidmətindən bildirilib.
15 May 18:39
1 106
15 May 18:37
1 043
15 May 11:27
1 267