11 Noyabr 23:45
11 Noyabr 23:42
11 Noyabr 23:33
1 Mart 2021 13:00
2 842
Martın 2-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, martın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə zəif çiskin olacaq, mülayim şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək.
Martın 2-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.
11 Noyabr 22:16
700
11 Noyabr 22:02
735
11 Noyabr 21:27
728