SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
26 Mart 2021 11:34
4 074
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, martın 25-də axşam saatlarında Gəncə şəhər sakinləri 28 yaşlı Osman Dadaşov və qardaşı 30 yaşlı Salman Dadaşovun bıçaq yaraları ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.
İlkin araşdırma zamanı məlum olub ki, 1994-ci il təvəllüdlü Gəncə şəhər sakini Nicat Qurbanov ailə münaqişəsi zamanı, bacısının həyat yoldaşı Osman Dadaşovu və sonuncunun qardaşı Salman Dadaşovu bıçaqla qəsdən vuraraq döş qəfəslərinin daxilinə keçən kəsilmiş-deşilmiş yaraları xəsarəti yetirib.
RPİ-nin əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində N.Qurbanov saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı araşdırmalar aparılır.