Ötən ay iki cərrahın ixtisasına uyğun olmayan plastik əməliyyatlar apardığı aşkarlanıb
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
"Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb"-Qüdrət Həsənquliyev
Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
8 Aprel 2021 12:33
3 101
Azərbaycanda elektrik enerjisi şəbəkəsinə qeyri-qanuni qoşulmaların qarşısı yeni idarəetmə sistemi ilə alınacaq.
"APA-Economics"in əldə etdiyi məlumata əsasən, yeni pilot layihənin icrasına yaxın iki ay ərzində yerli rayon icra orqanı ilə rayonların birində start veriləcək.
Yeni sistemin tətbiqi elektrik enerji şəbəkəsinə olan kənar müdaxilələrlə bağlı problemi aradan qaldıracaq ki, bu da son nəticədə İcra Hakimiyyətinə yazılan şişirdilmiş borcların məbləğinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.
Bundan başqa, layihə çərçivəsində tətbiq olunacaq idarəetmə sistemi küçə işıqlandırılmasını avtomatik olaraq axşam və səhər saatlarında insan faktoru olmadan söndürüb-yandırılmasına imkan yaradacaq. Həmçinin, gecə saatlarında bəzi küçələrdə hərəkət az olduğunu nəzərə alaraq, dirəklərdə quraşdırılan işıqlandırmanı 50%-dək azaltmaq mümkün olacaq. Məsələn, quraşdırılan 100 işıq dirəyindən yalnız 50-ni istifadə edərək.
Tətbiq olunacaq idarəetmədə dirəklərdə quraşdırılan lampaların texniki vəsiyyətini avtomatik olaraq nəzarətdə saxlamaq mümkün olacaq. Belə ki, hər hansı lampa sıradan çıxdıqda, bu barədə məlumat dərhal İcra Hakimiyyətinin müvafiq bölməsinə göndəriləcək.
Bundan başqa, küçə sayğaclarına xüsusi cihazlar quraşdırılacaq ki, bu da, öz növbəsində, dövlət qurumuna istifadə olunan elektrik enerjinin detallı statistikasını aparmağa şərait yaradacaq.
12:18
196
11:38
371
11:20
413