TN: Tədrisi digər dillərdə olan uşaqların I sinfə qəbulu üçün müsahibələr onlayn aparılacaq Hadisə

TN: Tədrisi digər dillərdə olan uşaqların I sinfə qəbulu üçün müsahibələr onlayn aparılacaq

“Təhsil naziri aprelin 27-dən I sinfə qəbulun başlaması ilə bağlı əmr imzalayıb.

Aprelin 27-si saat 11:00-dan elektron qeydiyyat, aprelin 29-u saat 11:00-dan isə məktəb seçiminə başlanılacaq”.

Bunu 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı keçirilən onlayn tədbirdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib. Onun sözlərinə görə, elektron sistemdə qeydiyyat valideyn və ya uşağın qanuni nümayəndəsi tərəfindən aparıla bilər: “əktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların cari il üçün artıq elektron kabineti mövcuddur, yəni yeni şəxsi kabinet açmağa ehtiyac yoxdur. Sadəcə həmin login və şifrə ilə məktəb seçimi etmək mümkündür. Mövcud pandemiya şəraitinə görə tədris digər dillərə aparılan şagirdlərin I sinfə qəbulu üçün müsahibələr onlayn aparılacaq, bura həm məktəbəhazırlıq qruplarına cəlb olunmuş, həm də cəlb olunmamış uşaqlar aiddir. Müsahibəyə yazılanlar arasında məktəbəhazırlıq qruplarına cəlb olunanlar var, onlar müsahibədən uğurla keçdikcə həmin məktəbdə birbaşa I sinfə qəbul olunur. Digər uşaqlar isə müsahibədən uğurla keçdikcə artıq məktəb seçimi edə bilərlər”.