İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu təkliflər hazırlayıb Hadisə

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu təkliflər hazırlayıb

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü olan hüquq müdafiəçilərinin növbəti görüşü keçirilib.
"Trend"in məlumatına görə, görüşdə hüquq müdafiəçiləri Novella Cəfərova, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Zəlihə Tahirova, Eldar Zeynalov və Əvəz Həsənov iştirak ediblər.
Sayca ikinci olan bu görüşdə iştirak edən hüquq müdafiəçiləri son zamanlar insan hüquqları ilə bağlı vəziyyəti müzakirə edərək, məhbusların ailələri ilə keçirdikləri görüşlər, məhbus ailələri tərəfindən daxil olan müraciətlər barədə məlumat veriblər. İşçi Qrupunun sonuncu iclasından keçən müddət ərzində görülən işlər, 2014-cü ilin sonunda Azərbaycan Prezidentinin imzaladığı əfv fərmanı nəzərdən keçirilib.
Eyni zamanda, yaxın zamanlarda İşçi Qrupunun ümumi iclasının keçirilməsi barədə İşçi Qrupu katibliyinə müraciətin olunması məsələsinə baxılıb və həmin görüşdə müzakirə olunacaq məsələlərlə bağlı təkliflər irəli sürülüb.