Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib -FOTO Hadisə

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib -FOTO

26 İyun Azərbaycan Silahlı Qüvvələr Günü tədbiri, Türkiyə - Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə online olaraq "Zoom" proqramıyla keçirilib.

Tədbirə, təşkilatçılardan olan, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi idarə heyətinin sədri Ceyran Səttarova aparıcılıq edib. Tədbir Şəhidlərin bir dəqiqəlik sükutla anılması və Türkiyə, Azərbaycan Dövlət Himnlərinin oxunması ilə başlanılıb.

Tədbirin açılış çıxışını TADEF sədr müavini Mülazım Paşa edib. Tədbir, proqrama qatılan qonaqların təbrik çıxışları, Azərbaycanlı müğənnilərin və kiçik vətənsevərlərin ifaları ilə davam edib. Tədbirdə Hərb Tarixi Muzeyinə online gəzinti edilib və muzeyin rəisi ehtiyatda olan Polkovnik Əzizağa Qənizadə muzey haqqında məlumat verib.

AMEA nın A.Bakıxanov ad. Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı, Azərbaycan Silahlı Qüvvələrinin tarixi haqqında danışıb. Azərbaycanın Milli Qəhrəmanı, Şəhid General-mayor Polad Həşimovun anası Səmayə xanım da, əsgər və zabitlərimizi bu gün münasibəti ilə təbrik edib. Almanyanın Nyünberq şəhərindən qoşulan Türk-İslam muzeyinin yaradıcısı və müdürü Cəmaləddin Özdəmir çıxış edərək təbriklərə qoşulub.

AMEA nın A.Bakıxanov ad. Tarix institunun, Azərbaycanın Yeni Tarixi şöbəsinin müdürü, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov 44 günlük Vətən müharibəsindən və Azərbaycan Ordusunun uğurlu inkişafından danışıb. Türkiyənin Bursa şəhərindən diaspora təmsilçisi G.İ.M.AZ.DER. başkanı Hüseyn Vəliyev, Antalya İrak Türkmən Birliyi və Dayanışma Dərnəyi başkanı Kürşat Çavuşoğlu, azərbaycanlı jurnalist Nigar Ögeday, Gəncə şəh. MKS nin direktor müavini Fəridə Qədimova da təbrik çıxışları etdiblər. Azərbaycanın əməkdar artistləri Sevinc Sarıyeva, Şahin İsmayılov, Firuz Səxavət, şairə Leyla Mətin və kiçik vətənsevərlər Kamal Dadaşov, Cəmilə Heydərova, Uğur Məcidlinin gözəl ifaları tədbirə rəng qatıb.