Ötən ay iki cərrahın ixtisasına uyğun olmayan plastik əməliyyatlar apardığı aşkarlanıb
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
"Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb"-Qüdrət Həsənquliyev
Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
17 Oktyabr 2021 21:57
3 836
Xətai rayonunda Vətən Müharibəsi şəhidi Mahmudov Tamerlan Fuad oğlunun Xudu Məmmədov küçəsində yaşadığı binanın fasadına vurulmuş xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, döyüş və iş yoldaşlarğı iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Vaxtı ilə Tamerlan Mahmudovun da sıralarında xidmət etdiyi hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub. Sonra çıxış edənlər Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayonu təşkilatının sədri Vüqar Rəhimzadə, şəhidin təhsil aldığı 2 saylı musiqi təmayüllü internat məktəbin müəllimləri və başqaları Vətən müharibəsində əldə olunmuş böyük zəfərdən, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaətindən, xalqımıza bəxş etdiyi böyük sevincdən söz açıldı. Bildirildi ki, 28 il düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu səbəbdən də bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.
Sonra şagirdlərin ifasında ədəbi-bədii kampazisiya təqdim olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
12:18
196
11:38
371
11:20
413










