“Neft gəlirləri artsa da, manat sabit qalacaq”
17 Mart 19:38
17 Mart 19:38
17 Mart 19:35
17 Mart 18:44
17 Mart 16:32
Bakı aeroportu Novruz bayramı günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
İsrail ordusu İranın daxili təhlükəsizlik qüvvələrini və ballistik raket qərargahlarını vurub
"Fitch": Neftin qiyməti 100 dollar səviyyəsində qalarsa, qlobal resessiya riski artacaq
İran XİN rəhbəri: Müctəba Xamenei sağ-salamatdır, vəziyyət nəzarəti altındadır
3 Dekabr 2021 19:22
3 346
Noyabrın 27-si saat 15 radələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.
Baş Prokurorluğunun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, aparılmış istintaqla müəyyən edilib ki, 2004-cü il təvəllüdlü Kərim İbrahimov cari il noyabrın 21-də Fidan Nəftəliyevanın mobil telefonunu oğurlamaqla telefonda olan sonuncuya məxsus şəxsi həyatının sirri hesab olan məlumatları qanunsuz əldə edərək onun ləyaqətini mütəmadi olaraq alçaltmaqla özünü öldürmə həddinə çatdırıb.
Kərim İbrahimov Cinayət Məcəlləsinin 125, 156.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 177.2.5 (oğurluq) və 242-ci maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.