İranda “Fəcr” Musiqi Festivalının açılışı olub Mədəniyyət

İranda “Fəcr” Musiqi Festivalının açılışı olub

İranda keçirilən 34-cü "Fəcr" Musiqi Festivalının açılışı münasibəti ilə Tehranın Vəhdət Sarayında Azərbaycan mahnılarından ibarət konsert proqramı təqdim edilib.
Konsertdə İranın dövlət və hökumət nümayəndələri, parlamentin üzvləri, ictimaiyyət təmsilçiləri, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, eləcə də Tehranda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak ediblər.
Konsertdə həmyerlimiz Samir Cəfərov Üzeyir Hacıbəylinin Üverturası, "Sevgili canan" və "Arşın mal alan" əsərindən "Əsgərin nəğməsi", Fikrət Əmirovun "Evləri var xana-xana", Qara Qarayevin "Qızların rəqsi" və "Vals" Niyazinin "Qaytağı" və "Vətən nəğməsi, Tofiq Quliyevin "Sənə də qalmaz", Əli Səlimin "Ayrılıq" mahnılarını ifa edib. Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə İran Milli Orkestrinin müşayiət etdiyi konsert maraqla qarşılanıb.
Xatırladaq ki, ənənəvi olaraq hər il bu ölkədə reallaşan festival fevralın 19-dək davam edəcək.