
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatr - ƏSA Teatrı 4-cü mövsümün ilk premyerasını oktyabrın 29-na təyin edib.
Bu barədə AZƏRTAC-a teatrın baş meneceri Nicat Qulam məlumat verib. Onun sözlərinə görə, “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir.
Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının təqdimatı Akademik Rus Dram Teatrının səhnəsində reallaşacaq. Tamaşaçılar premyerada M.F.Axundzadənin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşanı izləyəcəklər.
Quruluşçu rejissoru Elşən Əsgərov olan səhnə əsərində rolları aktyorlar İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Elvin Mirzəyev, Niyaz İlyasoğlu, Elsevər Rəhimov, Rafael Şahbəyli, Fərid Əliyev, Günay Məmmədova, Bəhram Rəhimli və Cəmilə Məmmədli canlandıracaq.
Biletləri şəhərin bütün kassalarından, iticket.az onlayn bilet satış portalından, “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.