Gəncədə qadın sahibkarlar üçün treninq keçirilmişdir İqtisadiyyat

Gəncədə qadın sahibkarlar üçün treninq keçirilmişdir

Tural

Qadınların iqtisadi fəallığının artırılması və sahibkarlıq fəaliyyətinə cəlb olunması məqsədilə onlara dövlətin güzəştli kreditləri verilir, qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi investisiya layihələri hazırlanaraq təqdim edilir, qadın sahibkarların məlumatlandırılması üçün müxtəlif treninqlər keçirilir. Növbəti belə treninq martın 1-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və "Sahibkar Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində keçirilmişdir.
"Biznesin əsasları, təşkili və idarə edilməsi", "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzularını əhatə edən treninqdə biznes mühiti, biznesin planlaşdırılması, bu sahədə insan resurslarının səmərəli idarə olunması, biznes ideyanın yaradılması, biznes-planın tərtib edilməsi və s. barədə ətraflı məlumat verilmişdir. Tədbirdə həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb. Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, qadın sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.