1 Noyabr 2024 12:22
4 095
Mərkəzi Bankın İdarə Heyətinə gözlənilən dəyişikliklərin səbəbi açıqlanıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
“Bunun səbəbi çox sadədir. Qanuna əsasən AMB-nin İdarə Heyəti 7 üzv və 2 müstəqil üzvlə fəaliyyət göstərməlidir. Amma iki ildən artıq müddətdə İdarə Heyəti məhdud heyətlə fəaliyyət göstərib. 2024-cü ilin əvvəlində AMB strategiya qəbul edib. Bu strategiyanım həyata keçirilməsi və ölkə başçısının qarşıya qoyduğu məqsədləri dəstəkləyən mandanın uğurlu həyata keçirilməsi üçün buna ehtiyac var”, - deyə T.Kazımov əlavə edib.
19 Mart 17:53
4 263
19 Mart 16:15
2 541
19 Mart 13:47
2 716