10 Yanvar 09:58
3 787
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın inflyasiya proqnozu yeniləyib.
"APA-Economics" xəbər verir ki, bu barədə BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib. Hesabata əsasən, 2024-cü il üzrə Azərbaycanda inflyasiya 3,7% təşkil edib. Təşkilat Azərbaycanda 2025-ci ildə üzrə 3,6%, 2026-cı il üzrə isə 3,1% səviyyəsində inflyasiya proqnozlaşdırıb.
Başqa sözlə, 2024-cü il üzrə inflyasiya BMT-nin əvvəlki proqnozundan 2,2% bəndi az olub. Həmçinin, BMT 2025-ci il üzrə inflyasiya proqnozunu 0,3% bəndi azaldıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda inflyasiya 4,4% təşkil edib.
09:28
210
09:08
301
1 Noyabr 14:45
2 212