17 Mart 2025 11:43
4 417
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 108 milyon 999 min ABŞ dolları dəyərində 100 min 399 ton meyvə-tərəvəz ixrac edib.
Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,6% və 15,3% çoxdur.
İki ayda meyvə-tərəvəz ixracından əldə edilən gəlirlər ölkənin ümumi ixracının 2,29%-i, qeyri-neft ixracının isə 22,47%-i həcmində olub.
Hesabat dövründə Azərbaycana 65 milyon 977 min ABŞ dolları dəyərində 88 min 57 ton meyvə-tərəvəz idxal olunub. Bu, illik müqayisədə müvafiq olaraq 4,5% çox və 3,8% azdır.
İki ayda meyvə-tərəvəz idxalının ölkənin ümumi idxalında payı 1,59% olub.
19 Mart 17:53
4 270
19 Mart 16:15
2 548
19 Mart 13:47
2 730